Şrift:
İranda Dehdez şəhərində silahlı qarşıdurma: Mer öldürüldü
10.01.2022 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata görə, hadisə yanvarın 9-u günorta saatlarında baş verib.

Məlumatda deyilir ki, polis qüvvələri axtarışda olan iki “quldur”un kimliyini müəyyənləşdirdikdən sonra onları yaxalamağa cəhd edərkən tərəflər arasında atışma olub.

Bildirilir ki, atışma zamanı naməlum yaraqlıların odlu silahlardan polis qüvvələrinə açdığı atəş nəticəsində, güllələrdən biri “təsadüfi olaraq” yaxınlıqdakı restoranlardan birində iki əməkdaşı ilə oturmuş Dehdez şəhərinin meri Fərşad Nəqdiyə dəyir.

Qeyd edilir ki, çoxlu qan itirən mer xəstəxanaya yerləşdirilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb və o az sonra tibb mərkəzində keçinib.

Naməlum yaraqlı şəxslərin hadisə yerindən qaça bildiyi və yerli polis qüvvələrinin onları tutmaq üçün bölgədə axtarış əməliyyatına başladığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed