Şrift:
Balakəndə birmərtəbəli, Bərdədə isə ikimərtəbəli ev yanıb
11.01.2022 [11:05] - Gündəm, Hadisə
Balakən rayonunun Yeni Şərif kəndində ümumi sahəsi 88 kvadratmetr olan kürsülü, birmərtəbəli evin tavanı 12 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə şəhərində isə ümumi sahəsi 342 kvadratmetr (hər mərtəbəsi 171 kvadratmetr) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 kvadratmetr sahədə, bitişik ümumi sahəsi 18 kvadratmetr olan taxta konstruksiyadan ibarət talvar yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu xəbər oxucular tərəfindən 1309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed