Şrift:
Türkiyədə qar səbəbindən 52 vilayətdə məktəblər bağlanıb
19.01.2022 [11:09] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin əksər bölgələrində havanın temperaturu kəskin aşağı düşüb, güclü qar yağır. Bu səbəbdən ölkənin 52 vilayətində məktəblər bağlanıb.

Bir sıra bölgələrdə avtomagistrallarda hərəkət dayandırılıb.

Təkcə Tarsus-Adana-Qaziantəp magistralında iki min insan yollarda qalıb. Xilasedici dəstələr onların köməyinə çatıb.

Güclü qarın davam etməsi və yolların buz bağlaması ilə bərabər havanın çənli olması nəqliyyatın hərəkətində böyük çətinliklər yaradıb. Əhaliyə müraciət edilib ki, qarlı və çovğunlu bölgələrdə ciddi zərurət olmadıqla yola çıxmasınlar.
Bu xəbər oxucular tərəfindən 2384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed