Şrift:
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verilib
28.01.2022 [10:52] - Gündəm, Sosial
Vətəndaşlar DOST mərkəzlərində xidmətlərdən "onlayn növbə" ilə yararlana bilərlər. Bunun üçün DOST Agentliyinin rəsmi saytına daxil olmaq və əsas səhifədə qarşınıza çıxan "onlayn növbə" düyməsinə basmaq lazımdır.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, bundan sonra açılan səhifədə xidmət almaq istənilən mərkəz, xidmət istiqaməti, xidmət tarixi və vaxtını seçməklə, eləcə də FİN nömrəsi və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə onlayn növbə əldə etmək mümkündür.

Bundan əlavə, "onlayn növbə" götürərkən, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün surdotərcümə xidmətini seçmək də təklif olunur. Qeyd edək ki, surdotərcümə xidmətindən yararlanmaq üçün "onlayn növbə" götürmək mütləqdir.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed