Şrift:
Gəncədə “Şanlı Qələbəmizin qəhrəmanları” adlı sərgi açılıb
01.02.2022 [10:33] - Gündəm, Sosial
Gəncə Gənclər Evi Sosial Xidmət Mərkəzinin və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə Gənclər Evinin rəsm dərnəyinin tələbəsi Aysel Ağamalıyevanın “Şanlı Qələbəmizin qəhrəmanları-2” adlı sərgisi açılıb.

Gəncə Gənclər Evi Sosial Xidmət Mərkəzindən verilən məlumata görə, sərgi sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarına, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza və qazilərimizə həsr edilib.

Tədbirdə 20 şəhid və qazimizin portretləri qara qələm texnologiyası ilə çəkilərək ailələrinə və yaxınlarına hədiyyə olunub.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed