Şrift:
Niyazinin mənzil-muzeyində “Şuşa İli”nə həsr olunmuş tədbiri təşkil edilib
03.02.2022 [11:35] - Xəbərlər, Sosial
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Şuşa İli”nə həsr olunmuş “Musiqili Şuşa” rubrikasında “Hacıbəyovlar: Niyazi” adlı tədbiri keçirilib.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri giriş sözü ilə açaraq muzeyin Musiqi Həvəskarları Klubunun pandemiya ilə əlaqədar ara verdiyi tədbirlərin bərpa olunması və gələcək silsilə tədbirlər haqqında məlumat verib.

Niyazi mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov tədbir iştirakçılarını salamlayaraq maestro Niyazinin 110 illik yubileyi münasibətilə görüləcək işlər haqqında danışıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova “Musiqili Şuşa. Hacıbəyovlar: Niyazi” mövzusunda çıxış edib. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında mövzuya uyğun hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Gənclər Günü münasibətlə tədbirin bədii hissəsində gənclərin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed