Şrift:
Ümumi təhsil müəssisələrində Məktəbin İnkişaf Planının hazırlanmasına başlanılıb
03.02.2022 [11:57] - Gündəm, Mədəniyyət
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə dəstək mərkəzi tərəfindən Məktəbin İnkişaf Planının hazırlanmasının ilk mərhələsinə start verilib.

Bu barədə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu istiqamətdə mərkəzin metodistləri paytaxtdakı 5 ümumi təhsil müəssisəsində (45, 155, 201, 306 və 310 nömrəli) pedaqoji kollektivlə görüşlər keçirir.

Görüşlərdə metodistlər məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparır, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil edirlər.

Məktəb heyəti ilə birgə Məktəbin İnkişaf Planının hazırlanmasının əsas məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiya nəticələrinə əsasən aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasından ibarətdir.

Qeyd edək ki, Məktəbin İnkişaf Planının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed