Şrift:
Yardımlıda təhsil işçilərinin orta aylıq əmək haqqı 520,5 manatdır
10.02.2022 [10:25] - Gündəm, Sosial
2021/2022-ci tədris ilinin əvvəlinə Yardımlı rayonunda fəaliyyət göstərən 79 dövlət gündüz ümumtəhsil məktəblərində 3 min 81 nəfəri qızlar olmaqla, 6 min 889 şagird təhsilə cəlb olunub. Şagirdlərdən 386-i qızlar olmaqla, 891-i şəhər yerində, 2 min 695-i qızlar olmaqla, 5 min 998 nəfəri isə kənd yerində təhsil alanlardır.

Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini 272-si qızlar olmaqla 556 nəfər bitirib. Onlardan 553-ü tam orta təhsil haqqında attestat alıb. Tam orta təhsil haqqında attestat alan şagirdlərdən 30-u qızlar olmaqla 58-i şəhər, 239-u qızlar olmaqla 495 nəfəri isə kənd yerində yerləşən təhsil müəssisələrinin payına düşür.

Diqqətə çatdırılıb ki, ötən il rayonun Dəlləkli kənd ümumi orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb, 180 yerlik Yardımlı şəhər 4 nömrəli tam orta məktəbin binası tikilib istifadəyə verilib, Bərcan və Arvana kəndlərində 80 şagird yerlik modul tipli məktəblərin tikintisi başa çatıb.

Cari tədris ilində rayonda 984 müəllim kontingenti tədrislə məşğuldur, onlardan 164-ü qadınlardır.

Rayonda təhsil sahəsində ümumilikdə 2044 işçi çalışır və orta aylıq əmək haqqı 520,5 manat təşkil edir.
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed