Şrift:
Azərbaycandan Avropa İttifaqına qoyun yununun ixracı ilə əlaqədar ilkin razılıq əldə olunub
15.02.2022 [09:04] - Gündəm, Sosial
Qida Təhlükəsizliyi Agentliyi ilə Avropa İttifaqı ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması sahəsində işlər davam etdirilir. Birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı etimadın nəticəsi olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa İttifaqı ölkələrində tanınmağa başlanılıb.

Ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu sahədə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa İttifaqı ilə danışıqlar aparılıb, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilib. Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa İttifaqının aidiyyəti qurumlarına təqdim olunmalıdır. Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.

Avropa İttifaqına yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyinə ((012) 565-12-72, daxili (224), (229)) müraciət edə bilərlər.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed