Şrift:
Türkiyə ilə Yunanıstanın müdafiə nazirləri arasında görüş olub
17.02.2022 [09:48] - Xəbərlər, Hərb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə keçirilən NATO-nun müdafiə nazirlərinin toplantısı çərçivəsində Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ilə görüşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş NATO-nun qərargahında baş tutub. İkitərəfli görüş zamanı hər iki nazir ölkələrinin NATO-ya üzv olmasının 70 illiyi münasibətilə qarşılıqlı təbriklərini çatdırıblar.

Səfər çərçivəsində Hulusi Akarın Böyük Britaniyanın, Latviyanın, Rumıniyanın və Şimali Makedoniyanın müdafiə nazirləri ilə də görüşləri olub.

Bu görüşlər zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesinə aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 3606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed