Şrift:
Tehranın cənubunda baş verən güclü partlayışda çox sayda insan həyatını itirib
18.02.2022 [10:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yaşayış binasında meydana gələn partlayışda 9 nəfərin öldüyü, 9 nəfərin isə ağır yaralandığı bildirilir.

Tehran şəhərinin Qızıl Aypara Cəmiyyətinin başçısı Şahin Fəthi mediaya verdiyi açıqlamada partlayışın yerli vaxtla gecə saat 20:10-da üç qatlı yaşayış evində meydana gəldiyini söyləyib.

O, fevralın 17-i səhər saat 07:30-a kimi aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 9 nəfərin cəsədinin və daha 9 nəfər yaralının qalıqlar altından çıxarıldığını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed