Şrift:
Litva ilə Tayvan yarımkeçirici texnologiyalar üzrə birgə elmi mərkəz açıb
22.02.2022 [09:35] - Gündəm, Sosial
Litva və Tayvan Vilnüs şəhərində yarımkeçirici texnologiyalar üzrə birgə elmi mərkəz açıb.

Bu barədə Tayvanın Litvadakı nümayəndəliyi məlumat verib.

“Birinci layihə Tayvan və Litvaya məxsus kristallarının, lazer texnologiyalarının birləşdirilməsi əsasında bərk cisim kimi disk lazerinin yaradılmasıdır. Dəqiq avadanlıq və yarımkeçiricilər sənaye üçün faydalı olacaq”, - deyə nümayəndəliyin məlumatında bildirilir.

Qeyd edək ki, Tayvan nümayəndələri ötən ay Litva və Tayvan arasında birgə kommersiya layihələri məqsədilə 1 milyard dollar məbləğində kredit fondu təklif edəcəklərini bildirmişdilər. Bundan əlavə, Tayvan Litva sənayesinə sərmayə yatırmaq məqsədilə 200 milyon dollar həcmində fond təsis etmək niyyətindədir.

Tayvan Milli İnkişaf Şurasının naziri Min Sin Kunq sərmayələrin müxtəlif sahələrə, o cümlədən yarımkeçiricilər sənayesinə, avtomobil istehsalında istifadə olunan mikrosxemlərə şamil edilə biləcəyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed