Şrift:
"Egemen Qazaqstan" qəzetində Hacı Zeynalabdin Tağıyev haqqında məqalə dərc edilib
23.02.2022 [09:59] - Xəbərlər, Sosial
Qazaxıstanın rəsmi “Egemen Qazaqstan” dövlət qəzetində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev haqqında məqalə dərc edilib.

Qazaxıstanlı yazıçı, publisist Miras Asanın “Tağıyevin yüz illik hesabı” adlı məqalədə bütün türk dünyasında məşhur olan bu insanın halal və gərgin zəhməti sayəsində qazanılmış vəsaiti onun öz xalqının mənəvi dirçəlişinə və inkişaf etməsinə əvəzsiz töhfəsindən bəhs olunur.

Məqalədə Tağıyevin gələcək nəsillər üçün gördüyü bəzi xeyirxah işlərindən bəhs edilir. Qeyd edilir ki, kasıb ailədən çıxdığı üçün o, adi insanların sosial ehtiyaclarına həmişə həssas yanaşıb və gənclərə təhsil almaları üçün maliyyə dəstəyi göstərib.

Məqalədə Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə Bakıda ilk qızlar məktəbinin açılması və bu məktəbin yalnız Azərbaycanda deyil, bütün müsəlman aləmində də Avropa nümunəli ilk və yeganə məktəb olduğu qeyd edilir.

Məqalədə məşhur milyonçunun mesenatlıq fəaliyyəti, o cümlədən, "Qazaxıstan" qəzetinə göstərdiyi maliyyə yardımı haqqında tarixi faktlar yer alıb. 1911-ci ilin 10 martından 1913-cü ilin 15 noyabrınadək nəşr edilən, ilk milli nəşrlərdən biri olan "Qazaxıstan" qəzetinə bilavasitə maliyyə dəstəyi göstərməsi onun mesenatçılıq təbiətinin miqyasını aydın şəkildə xarakterizə edir.

Məqalədə qazax xalqının "Qazaxıstan" qəzetinə maliyyə yardımı göstərmiş türk dünyasının böyük oğlu Zeynalabdin Tağıyevə dərin ehtiramla yanaşdığı vurğulanır.
Bu xəbər oxucular tərəfindən 360 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed