Şrift:
Rusiya və Belarusun Beynəlxalq Hokkey Federasiyasına üzvlüyü dayandırılıb
01.03.2022 [10:04] - Gündəm, İdman
Beynəlxalq Hokkey Federasiyasının (BHF) növbəti iclası keçirilib.

BHF-in saytına istinadla xəbər verir ki, iclasda Rusiya və Belarusun beynəlxalq quruma üzvlüyü dayandırılıb.

BHF-in qərarına əsasən, Rusiya və Belarus millilərinin və klublarının bütün yaş kateqoriyaları üzrə komandalarının ali qurumun bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulub. Beləliklə, Rusiya və Belarus yığmalarının bu il Finlandiyada keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Həmçinin Rusiya 2023-cü ildə təşkil olunacaq gənclər arasında dünya çempionatına ev sahibliyi etməkdən məhrum olub. BHF yaxın vaxtlarda mundiala ev sahibliyi edəcək ölkənin adını açıqlayacaq.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed