Şrift:
“Toyota” konserni Yaponiyadakı 14 zavodunda istehsalı dayandırıb
01.03.2022 [10:24] - Gündəm, Sosial
Martın 1-də Yaponiyanın “Toyota Motor” konserni ölkə ərazisində fəaliyyət göstərən 14 zavodunda və 28 istehsal xəttində işi dayandırıb.

Kyodo agentliyinə istinadla xəbər verir ki, bu təqribən 13 min avtomobilin buraxılışına təsir göstərəcək. Hazırda konsernin işlərin bərpası üzərində çalışdığı deyilir. Lakin istehsalın konkret bərpasının tarixi barədə məlumat verilmir.

Qeyd edək ki, “Toyota” şirkəti fevralın 28-də Yaponiyada fəaliyyət göstərən 14 zavodunda və 28 istehsal xəttində martın 1-dən işin dayanacağını elan edib. Səbəb kimi yerli tədarükçülərin işində yaranmış fasilə göstərilir.

NHK telekanalının yaydığı məlumata görə isə, istehsalın dayanmasına səbəb olaraq konsernin nəhəng tərəfdaşlarının və tədarükçülərin kiberhücuma məruz qalması qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed