Şrift:
Estoniya Ukraynaya humanitar yardım göndərib
02.03.2022 [09:13] - Gündəm, Sosial
Estoniya çadır şəhərciyinin yaradılması məqsədilə Ukraynaya humanitar yardım göndərib.

Estoniyanın Xilasetmə Departamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukraynaya göndərilən yardım partiyasına 6 ədəd çadır, 200 ədəd yataq kisəsi, 200 ədəd çarpayı, 4 ədəd dizel generatoru və çadırlar üçün 6 ədəd istilik sistemi daxildir.

Bildirilib ki, Ukraynaya göndərilən avadanlığın dəyəri 161 700 avro təşkil edir. Qeyd edilib ki, Estoniya Aİ-nin mülki müdafiə mexanizmi çərçivəsində Ukraynaya yardım göndərib. Aİ-yə üzv olan 27 ölkənin hamısı, həmçinin İslandiya, Norveç, Serbiya, Şimali Makedoniya, Monteneqro və Türkiyə mülki müdafiə mexanizminə qoşulub.
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed