Şrift:
Azərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub
02.03.2022 [09:14] - Xəbərlər, Siyasət
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Pəncab əyaləti Assambleyasının sədri Çaudiri Parvez Elahi ilə görüşüb.

Görüş zamanı Pakistan ilə Azərbaycan arasındakı səmimi əlaqələrdən söhbət açılıb, iki ölkənin hər zaman bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəkləməsindən məmnunluq ifadə edilib. Bütün sahələr üzrə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinin və gücləndirilməsinin vacibliyi vurğulanıb.

İkitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla bəhs edən Xəzər Fərhadov iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycanın və Pakistanın əlaqəli qurumları arasında baxılmaqda olan Preferensial Ticarət Sazişinə toxunub və bu sazişin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. O, həmçinin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də biznes-forumların təşkilinin iqtisadi əlaqələrin daha da güclənməsinə imkan yaradacağını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed