Şrift:
Budapeştdə Xocalı faciəsindən bəhs edən “Qara qar çiçəkləri” kitabı nəşr olunub
03.03.2022 [09:48] - Gündəm, Mədəniyyət
Martın 2-də Azərbaycanın Macarıstandakı Səfirliyində yazıçı və şairə Leyla Bəyimin Xocalı faciəsindən bəhs edən və macar dilində nəşr olunan “Qara qar çiçəkləri” kitabının təqdimat mərasimi keçirilib.

kitab Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva tərəfindən macar dilinə tərcümə edilib.

Hibrid formada keçirilən tədbirdə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə Xocalı soyqırımının 30 illiyinin qeyd olunduğu ərəfədə belə bir təqdimatın keçirilməsinin vacibliyini vurğulayıb. Səfir kitabla bağlı fikirlərini bölüşərək, regionda gələcək əməkdaşlıq və birgə təhlükəsizlik mühitinin bərqərar olunmasında insan amilindən danışıb. Sonra Xocalı faciəsinə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib.

Kitabın müəllifi Çexiyadakı Natəvan Cəmiyyətinin rəhbəri, Azərbaycan Yazıçılar İttifaqının üzvü Leyla Bəyim, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva çıxış edərək mədəniyyətin güclü təsir vasitəsi kimi rolundan danışıblar.

Tədbirin sonunda sözləri kitabın müəllifinə aid, musiqisi isə Londonda yaşayan azərbaycanlı bəstəkar Emin Məcnunbəyova məxsus olan və Xocalı faciəsinə həsr edilmiş mahnının videoklipi iştirakçılara təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed