05.03.2022 [09:09] - Gündəm, İqtisadiyyat
Ukraynada vəziyyətin kəskinləşməsi səbəbindən təbii qazın qiymətlərindəki artım İspaniyanın elektrik enerjisi istehlakçılarına da təsir edir.
İberiya Enerji Bazarı Operatorunun (OMİE) dərc etdiyi məlumata əsasən, martın 5-də İspaniyada topdansatış bazarında elektrik enerjisinin qiyməti 7 faiz artaraq bir meqavatsaata (MVt/saat) 366 avroya çatacaq. Bu, ölkənin enerji sektoru tarixində ikinci dəfə rekord artım olacaq. Belə ki, 2021-ci il dekabrın 23-də ilk rekord artım qeydı alınmışdı - 384 avro.
Topdansatış bazar qiymətləri İspaniyanın tənzimlənən tarif ev təsərrüfatlarının üçdəbirindən çoxuna birbaşa təsir göstərir.
Ukraynada hərbi münaqişənin uzanması ilə əlaqədar İspaniyanın elektrik enerjisi bazarı ekspertləri ilin sonuna kimi qiymətlərin gündəlik 300 avrodan yuxarı qalxacağını proqnozlaşdırırlar.

Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |