Şrift:
“Azdrama”da “Medeya” tamaşası nümayiş olunacaq
05.03.2022 [09:25] - Gündəm, Mədəniyyət
Akademik Milli Dram Teatrının (Azdrama) Abbas Mirzə Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında eyniadlı monotamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, rəqslərə quruluş verən Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədovdur.

Medeya rolunda Əməkdar artist Münəvvər Əliyeva çıxış edəcək.

Tamaşanın premyerasının keçirilmə tarixi haqqında əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed