Şrift:
Müsəlman dünyasının ilk qadın deputatı haqqında film çəkilib
09.03.2022 [09:01] - Xəbərlər, Mədəniyyət
Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevaya haqqında animasiya filmi çəkilib.

Gürcüstanın “Qadınların Təşəbbüslərinə Dəstək Qrupu” Qeyri-Hökumət Təşkilatının (QHT) layihəsi əsasında hazırlanan “Pərixanım Sofiyeva” adlı qısametrajlı ekran əsəri Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

Ekran əsərinin istehsal prosesinə azərbaycanlı icmadan məsləhətçilər də cəlb olunub.

Animasiya filmi gürcü dilində (ingilis dilində altyazılarla) təqdim olunub.

Cizgi filminin Azərbaycan dilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın azərbaycanlı icma üçün nümayişi də nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan P.Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın deputat kimi düşüb.
Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed