Şrift:
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib
09.03.2022 [09:15] - Gündəm, İdman
Azərbaycan Boks Federasiyası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Bakı Boks Mərkəzində təşkil olunan yarışın ilk günündə 7 çəki dərəcəsi üzrə 60 qarşılaşma baş tutub.

Qeyd edək ki, turnir martın 14-dək davam edəcək. Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın tərkibində 327 boksçu qatılıb.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed