Şrift:
Qəzvində üç azərbaycanlı müəllim məhkəməyə çağırılıb
09.03.2022 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İnqilab Məhkəməsinin qəzvinli müəllimlər Məryəm Zirək, İsmayıl Fərhəngməneş və Eynulla Bəxşiyə göndərdiyi bildirişdə onların dindirilmək və izahat vermək üçün məhkəməydə olmalarını istənilib.

Müəllimlərə ayrı-ayrılıqda göndərilən bildirişlərdə onlara qarşı “Hökumətə qarşı təbliğat” və “İctimai rəyi çaşdırmaq” ittihamlarının irəli sürüldüyü bildirilib.

Qeyd edək ki, son aylar müəllimlər və təhsil işçilərinin etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökumətinin təhlükəsizlik qurumları etirazların qarşısını almaq, müəllimləri susdurmaq üçün çox sayda insana qondarma ittiham irəli sürərək onları basqı altında saxlamağa çalışır.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed