Şrift:
Əli Məsimli: Təhsil milli tərəqqi prosesini irəli aparan ən mühüm amildir
11.03.2022 [09:56] - Xəbərlər, Siyasət
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 30 illiyini qeyd edirik. Çox əlamətdar haldır ki, filialın 30 illiyi müstəqil Azərbaycanın 30 yaşı ilə üst-üstə düşür. Həm də, ona görə əlamətdardır ki, bu filial Azərbaycan dövlətinin dayağı olan, bütün dövrlərdə dövlətçiliyimizə öz töhfəsini verən, qədim tarixi ənənələri indiyədək yaşada bilən Şəkidə açılı

Bu sözləri Milli Məclisin deputatı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əli Məsimli ADPU-nun Şəki filialının 30 illiyi münasibətilə keçirilən yubiley tədbirində jurnalistlərə müsahibəsində deyib.

Təhsilin milli tərəqqi prosesini irəli aparan ən mühüm amil olduğunu vurğulayan deputat qeyd edib ki, Azərbaycan xalqının mental özəllikləri sırasında təhsilə, biliyə, öyrənməyə can atma ön mövqedə durur.

“Elm və təhsil fərdin, həm də cəmiyyətin, dövlətin inkişafının əsas generatorudur. Bu nöqteyi-nəzərdən, Azərbaycanda elmin, təhsilin inkişafına böyük dəstək verilir. Qarşıdakı 10 il - 2030-cu ilədək olan dövr üçün 5 prioritet müəyyənləşib. Həmin prioritetlərdən biri rəqabətli insan kapitalı məsələsinə həsr olunub. İnsan kapitalının reallaşmasının özəyini isə təhsil təşkil edir. Koronavirus pandemiyası ölkələrin əksəriyyətinin fəaliyyətinə mənfi təsir göstərib. Kim elmi-texniki tərəqqidən daha sürətlə istifadə edəcəksə, onlar önə çıxacaq. Ona görə də biz bütün sahələrdə XXI əsrin tələblərinə cavab verən təhsil qurmalıyıq. Tam əminliklə deyirəm ki, ADPU-nun Şəki filialının professor-müəllim heyəti, potensialı, bazası imkan verir ki, yaxın vaxtlarda filial müstəqil universitetə çevrilsin”, - deyə Əli Məsimli əlavə edib.
Bu xəbər oxucular tərəfindən 509 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed