Şrift:
N.Zardalişvili: Rüstəm İbrahimbəyovun ölümü təkcə Azərbaycan xalqı üçün yox, bizim üçün də böyük itkidir
14.03.2022 [09:22] - Xəbərlər, Sosial
Görkəmli kino və mədəniyyət xadimi, böyük yazıçı və ssenarist Rüstəm İbrahimbəyovun ölümü təkcə Azərbaycan xalqı üçün yox, bizim üçün də böyük itkidir. Biz gürcü xalqının böyük dostuna, Gürcüstanı hər zaman səmimi qəlbdən sevmiş insana yas tuturuq.

Bu fikirləri Tbilisidəki A.S.Qriboyedov adına Akademik Rus Dram Teatrının ədəbi hissə müdiri Nino Zardalişvili özünün feysbuk səhifəsində paylaşıb.

N.Zardalişvili yazır: “R.İbrahimbəyov bir dəfə dedi: "Mən hər şeyi edəcəyəm ki, Azərbaycan və Gürcüstan daha sıx ünsiyyət qursun və dost olsun. Bunu sizə söz verirəm”. O, bunu etdi və biz də ona məhəbbət sevgimizi izhar edirik”.

N.Zardalişvili R.İbrahimbəyovla bağlı xatirələrini bölüşüb, böyük dramaturqun yaradıcılıq yoluna nəzər salıb.

Paylaşımda bildirilir ki, R.İbrahimbəyov 40-dan çox bədii və televiziya filminin ssenari müəllifi olub. Demək olar ki, onun bütün əsərləri ekranlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed