Şrift:
Serbiya artan tənqidlər fonunda Rusiyaya aviareyslərin sayını azaldır
14.03.2022 [09:33] - Xəbərlər, Sosial
Serbiyadan Rusiya istiqamətində aviareyslərin sayı azaldılacaq

Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Serbiya Prezidenti qeyd edib ki, paytaxt Belqraddan Moskva istiqamətində uçuşların sayı gündəlik bir reysə endiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına(Aİ) üzv dövlətlərin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, bu sanksiyalara qoşulmayan və öz hava məkanını Rusiya təyyarələri üçün açıq saxlayan Serbiyanın hava yolu şirkəti “Air Serbia” son günlərdə Belqrad-Moskva-Belqrad istiqamətində aviareyslərin sayını iki dəfə artırması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olundu.

Hazırda Rusiya vətəndaşları digər Avropa ölkələrinə səyahət etmək üçün Serbiyadan tranzit ölkə kimi istifadə edirlər.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed