Şrift:
Belçikalı gimnastlar Bakıdakı dünya çempionatında üç medal qazandıqlarına görə xoşbəxtdilər
14.03.2022 [09:42] - Gündəm, İdman
Bakıda keçirilən dünya çempionatında üç medal qazandığımız üçün xoşbəxtik.

Bunu akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının qızıl medalçıları, qarışıq cütlük tərkibində çıxış edən Belçika idmançıları Bram Röttger və Helena Heyens deyiblər.

"Etiraf edirik ki, bu, asan deyildi, lakin peşəkarlıq və bacarıq nümayiş etdirə bildiyimiz üçün şadıq. Hər üç hərəkətlərdə qızıl medal qazanmaq bizim üçün çox şey deməkdir, belə gözəl nəticə əldə etmək üçün çox çalışmışıq. Buna görə məşqçilərimizə, həmçinin ailəmizə, dostlarımıza və komanda yoldaşlarımıza dəstəyə görə təşəkkür edirik", - deyə gimnastlar vurğulayıblar.

İdmançılar 6-7 ildir ki, akrobatika ilə məşğul olduqlarını bildiriblər.

"Akrobatika həyatımızda böyük rol oynayır. Vaxtımızın çox hissəsi məşq zalında keçir", - deyə gimnastlar qeyd ediblər.

Bram Röttger və Helena Heyens yarışmada rəqiblərinin güclü olduğunu, hamısının yüksək hazırlıq nümayiş etdirdiyini deyiblər.
Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed