14.03.2022 [09:44] - Xəbərlər, Siyasət
Yaponiya bir sıra NATO ölkələri kimi nüvə silahından birgə istifadəni nəzərdən keçirmir
Bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida martın 14-də parlamentdə keçirilən müzakirələr zamanı bəyan edib.
“İnanıram ki, Yaponiya-ABŞ alyansı qabaqlayıcı tədbirlər çərçivəsində yaxşı işləyir. Biz nüvə silahından birgə istifadəni müzakirə etmirik”, - deyə Baş nazir bildirib. Bununla yanaşı, Yaponiya hökumətinin başçısı Ukraynada yaranmış vəziyyətlə bağlı bütün dünyada və regionda gərginliyin artması ilə əlaqədar Tokio ilə Vaşinqton arasında hərbi ittifaqın gücləndirilməsinin zəruriliyini də qeyd edib.
Məsələ burasındadır ki, ötən ay televiziya verilişlərinin birində çıxış edən sabiq Baş nazir Şinzo Abe ABŞ-a məxsus nüvə silahlarının NATO üzvü olan bir sıra ölkələrdə olduğu kimi Yaponiyada yerləşdirilməsinin mümkünlüyü barədə fikir irəli sürüb. Ş.Abe söhbətin belə silahlardan birgə istifadə sxeminin yaradılmasından getdiyini deyib. Eyni zamanda, sabiq Baş nazir bildirib ki, Tokio bu çərçivədə Nüvə Silahının Yayılmaması Barədə Müqaviləyə (NSBYM) ciddi əməl etməlidir.
Qeyd edək ki, Ş.Abe hazırda Yaponiya Liberal Demokratik Partiyasındakı(LDP) ən böyük fraksiyalardan birinə başçılıq edir.

Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |