Şrift:
Çində zavodda yanğın baş verib, ölənlər var
14.03.2022 [09:48] - Gündəm, Hadisə
Çinin Daxili Monqolustan muxtar rayonunda zavodda yanğın baş verib.

Yanğın Baotou şəhərində təxminən saat 22:08-də başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər bir saata yanğını lokallaşdıra biliblər.

Təxminən saat 02:40-da yanğın tamamilə söndürülüb. Yanğın yerinə keçirilən baxış zamanı 7 nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbinin müəyyən edilməsi üzrə araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed