Şrift:
Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd edilib
16.03.2022 [09:51] - Xəbərlər, Sosial
Tərtərdə ilaxır çərşənbə yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Tərtər şəhərinin mərkəzi meydanında rayon ictimaiyyətinin, sakinlərin iştirakı ilə keçirilən tədbirdə Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim olunub. Bayram tədbirində tonqal qalanıb, şən musiqilər, rəngarəng rəqs nömrələri və Novruz adətləri bir-birini əvəz edib.

Qeyd edək ki, torpağın oyanışını tərənnüm edən ilaxır çərşənbə təkcə təbiətin deyil, həm də insanlarda yeni arzuların yaranmasının, niyyətlərin saflaşmasının göstəricisi hesab olunur.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed