Şrift:
Bastia sakini: Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir
18.03.2022 [09:46] - Gündəm, Sosial
Son günlər Korsika adasında baş verən iğtişaşların əsas səbəbi hökumət tərəfindən bizim istəklərimizə cavab verilməməsiidir. Köhnə idarəçilik müasir dövrün tələblərinə cavab vermir. Biz müstəqillik deyil, muxtariyyət verilməsi tələbi ilə çıxış edirik.

Bu fikirləri açıqlamasında Bastia şəhərinin sakini, solçu fəal Antuan Mariani söyləyib.

Onun sözlərinə görə, ada sakinləri mövcud idarəçilik sistemindən narazıdırlar və siyasi, iqtisadi və sosial sahələrdə müəyyən muxtariyyət tələb edirlər. Korsikalılar illərdir ki, bununla bağlı Fransa hökuməti qarşısında məsələ qaldırsalar da, onlara müsbət cavab verilməyib.

“Almaniyada siyasi hakimiyyətin idarəçiliyində landerlərin müəyyən muxtariyyəti var. Hər bir landerin öz daxili idarəçilik sistemi var. Bizim də tələbimiz muxtar siyasi idarəçilikdir”, - deyə A.Mariani əlavə edib.
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed