Şrift:
Baharın gəlişi münasibətilə Ağcabədidə ümumrayon şənliyi keçirilib
18.03.2022 [09:54] - Xəbərlər, Sosial
Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Ağcabədidə ümumrayon şənliyi kimi qeyd edilib.

Ağcabədi Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrin kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə bayram tonqalı alovlandırıldıqdan sonra tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.

Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ağcabədililəri bayram münasibətilə təbrik edərək, onlara can sağlığı, ruzi-bərəkət və firəvanlıq arzulayıb. Sonra Dədə Qorqudla Bahar qızı şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.

Bayram şənliyində milli adət və ənənələrimiz nümayiş etdirilib, Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların çıxışları maraqla qarşılanıb. Ağcabədi Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanan şən və rəngarəng konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed