Şrift:
Nazir İnam Kərimov Lənkəranda vətəndaşların müraciətlərini dinləyəcək
28.03.2022 [10:48] - Gündəm, Sosial
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2055424) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriləcək. Qəbulda peyvənd və ya immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed