Şrift:
Papa Fransisk Maltada qaçqın düşərgəsinə baş çəkib
04.04.2022 [09:25] - Gündəm, Sosial
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Maltaya apostol səfəri çərçivəsində qaçqın düşərgəsində olub.

Hal Fardakı “Giovanni XXIII Sülh Laboratoriyası” qaçqın düşərgəsində 200 miqrantın qarşısında çıxış edən Roma Papası Ukraynadakı humanitar faciə ilə bağlı, eləcə də Aralıq dənizində qayığın batması nəticəsində ölən 90 afrikalı üçün dua edib.

Qaçqın düşərgəsinə 50-yə yaxın ukraynalı miqrant qəbul olunub.

Qeyd edək ki, Malta səfəri Papa Fransiskin 36-cı beynəlxalq apostol səfəridir.
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed