Şrift:
Ağcabədidə 12 min hektardan çox sahədə pambıq becərilməsi üçün fermerlərlə müqavilə bağlanıb
04.04.2022 [09:26] - Gündəm, İqtisadiyyat
Respublikanın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpininə hazırlıq görülür.

Ağcabədili fermerlər pambıq əkinləri üçün 11 min 926 hektar sahədə qış şumu aparıblar. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC, "Azərpambıq” MMC, “P-Agro” MMC və “Cotton Trade” MMC ilə 12 min 36 hektar sahədə pambıq əkilməsi üçün 1739 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb. Çiyid səpininə yaxın günlərdə başlanılacaqdır.

Qeyd edək ki, 2021-ci ildə Ağcabədi rayonunda 11 min hektar sahədə pambıq əkilib, 33 min 517,213 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,47 sentner olub.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed