Şrift:
TÜRKSOY-un Baş katibi: Şuşanı yenidən qurub dirçəltməklə türk dəyərlərini bərpa etmiş olacağıq
04.04.2022 [09:44] - Xəbərlər, Siyasət
Mən özüm iki dəfə Şuşada olmuşam, oranı gəzmişəm və oradakı gözəlliyə bələdəm. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Eyni zamanda, Şuşa insanlar üçün mədəniyyət qaynağıdır. Biz bu şəhərdə daha çox tədbirlər təşkil edəcəyik, çünki hər bir türkün ürəyində Şuşa sevgisi var.

Bu fikirləri açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayev ifadə edib.

Şuşa təəssüratlarını, işğal dövründə orada yaranmış acınacaqlı vəziyyət barədə fikirlərini bölüşən Baş katib deyib: “Mən axırıncı dəfə Şuşada olanda orada çox görkəmli şəxsiyyətlərin heykəllərini gördüm. Heykəllərin bu cür vəziyyətə salınmasını gördükdə çox pis oldum. Ona görə də əvvəlcə biz şəhərin özünü bərpa etməliyik. Əgər biz bu şəhəri yenidən qursaq, eyni zamanda öz türklüyümüzü, türk dəyərlərini bərpa etmiş olacağıq. Biz Şuşanın bərpasına hərtərəfli kömək göstərəcəyik və onun inkişafını dəstəkləyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed