Şrift:
Qətər qəzeti xalqımızın Ramazan adət-ənənələrindən yazıb
04.04.2022 [09:46] - Xəbərlər, Siyasət
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov “Əl Raya” qəzetinə müsahibəsində xalqımızın Ramazan adət-ənənələri və iki dost ölkə arasında əlaqələrin inkişafından bəhs edib.

Dost Qətər xalqını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edən səfir Azərbaycanın tarixi, dini və mədəni bağları olduğu ərəb ölkələri, o cümlədən Qətərlə oxşar mənəvi dəyərləri bölüşdüyünü diqqətə çatdırılıb.

Diplomat qeyd edib ki, Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardım etməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi, dini ayinlərin yerinə yetirilməsi kimi bir çox mənəvi dəyərlər daha çox ön plana çıxır.

Səfir vurğulayıb ki, hər il Ramazan ayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müsəlman dövlətlərin ölkəmizdə akkreditə olunan diplomatik nümayəndəliklərinin rəhbərləri üçün iftar süfrələrinin təşkili artıq ənənə halını alıb. Dövlətimizin başçısı bu müqəddəs ayda müsəlman dünyasına birlik, dostluq, qarşılıqlı ehtiram, İslam həmrəyliyinə dair çağırışlar edir.

Müsahibədə, həmçinin Azərbaycan-Qətər əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi, bu yaxınlarda imzalanmış vizasız gediş-gəliş haqqında sazişin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri üçün heç bir maneə olmadığı diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 351 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed