Şrift:
Vətən müharibəsi şəhidi Təbriz Cəfərovun əziz xatirəsi anılıb
07.04.2022 [10:54] - Gündəm, Sosial
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Təbriz Cəfərovun il mərasimi keçirilib.

Bərdə şəhərində keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onların Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib, itkin düşmüşdür. Uzun müddət nəşi tapılmadığından Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb
Bu xəbər oxucular tərəfindən 711 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed