Şrift:
İspandilli nəşrlər Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilən Brüssel görüşündən yazıblar
08.04.2022 [09:38] - Xəbərlər, Siyasət
İspaniyanın EFE xəbər agentliyi, SWI swissinfo.ch (İsveçrə İctimai Yayım Korporasiyasının beynəlxalq onlayn platforması) və Meksikanın “Publimetro” qəzetinin rəqəmsal nəşri “Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaradacaq” başlığı altında məqalə dərc edib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən görüşdə aprelin sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsinə dair razılığın əldə edilməsi barədə məlumat verilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına istinad edən ispandilli nəşrlər diqqətə çatdırırlar ki, Brüsseldə keçirilən görüşdə tərəflər arasında sülh və etimadın təşviq edilməsi üçün humanitar tədbirlərin əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsi, habelə nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasının vacibliyi vurğulanıb.

Bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə iki ölkə arasında beş prinsip əsasında sülh sazişinin hazırlanmasına başlamaq üçün təlimat verilib. Həmin 5 prinsip isə bunlardır: beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyin və ərazi bütövlüyünün tanınması; ərazi iddialarının olmamasının təsdiqi; təhlükəsizlik təhdidlərindən qarşılıqlı imtina; sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya əlaqələrinin açılması.
Bu xəbər oxucular tərəfindən 354 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed