Şrift:
Azərbaycan millisi Bosniya və Herseqovina yığmasına məğlub olub
08.04.2022 [09:39] - Gündəm, İdman
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində Bosniya və Herseqovina yığması ilə qarşılaşıb.

Sarayevo şəhərində keçirilmiş oyunun 90+4-cü dəqiqəsində hesabı açan meydan sahibi komanda yekunda 1:0 hesablı qələbə qazanıb.

Millimizin yer aldığı E qrupuna 18 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed