Şrift:
İstanbul derbisi: "Fənərbağça" öz meydanında qalib gəlib
11.04.2022 [10:22] - Gündəm, İdman
Aprelin 10-da futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub

XXXII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb.

"Ülkər" stadionunda oynanılan oyun "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed