Şrift:
UEFA Çempionlar Liqası: "Real Madrid" yarımfinala yüksəlib
13.04.2022 [09:12] - Gündəm, İdman
Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində daha bir cavab görüşü başa çatıb.

Yarımfinalın ikinci iştirakçısı bəlli olub. Belə ki, "Real Madrid" evdə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubuna 2:3 hesabı ilə uduzsa da, ilk matçdakı qələbə (3:1) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Oyuna istədiyi kimi başlaya bilməyən "kral klubu" 15-ci dəqiqədə Meyson Mauntun vurduğu qolla məğlub duruma düşüb. Oyunun 51-ci dəqiqəsində Antonio Rüdiger hesab arasındakı fərqi artırıb. Matçın 67-ci dəqiqəsində Markos Alonso meydan sahiblərini 3-cü dəfə məyus etsə də, VAR-ın müdaxiləsindən sonra topun ələ dəydiyi məlum olub və qol ləğv edilib. Buna baxmayaraq, qonaqlar 75-ci dəqiqədə 3-cü topu Madrid təmsilçisinin qapısından keçiriblər. "Çelsi"nin heyətində Timo Verner fərqlənib. Qarşılaşmanın 80-ci dəqiqəsində Rodriqo buraxılan toplardan birinin əvəzini çıxıb və oyunu əlavə vaxta daşıyıb. Matçın 96-cı dəqiqəsində meydana çıxan Kərim Benzema isə komandasını yarımfinala yüksəldən qola imza atıb. "Real Madrid"in finala gedən yolda rəqibi "Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) görüşünün qalibi olacaq.

Daha əvvəl İspaniyanın digər təmsilçisi "Vilyarreal" növbəti mərhələyə adlayıb.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed