Şrift:
Yevlaxda çiyid səpininə başlanılıb
14.04.2022 [09:53] - Xəbərlər, İqtisadiyyat
Yevlax rayonunun pambıqçıları çiyid səpininə başlayıblar.

Bu ilin pambıq mövsümü üçün Yevlax rayonunda 2659,13 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.

Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC tərəfindən 200 istehsalçı və “P-Aqro” MMC tərəfindən isə 118 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımı texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Rayonda səpinə 16 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 10-15 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə Yevlax rayonunda 2327,6 hektar sahədə pambıq becərilib və hər hektardan 31,48 sentner olmaqla, 7326,3 ton məhsul tədarük edilib.
Bu xəbər oxucular tərəfindən 2317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed