Şrift:
Misirdə ağır yol qəzasında azı 10 nəfər ölüb
14.04.2022 [09:57] - Gündəm, Hadisə
Misirin Asuan əyalətindəki Əbu-Simbel rayonunda avtobusun qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşması və yanması nəticəsində azı 10 nəfər ölüb, 14 sərnişin yaralanıb.

Misirin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəzada ölənlərin 4 nəfəri Fransa, biri isə Belçika vətəndaşıdır. Yaralıların da 12-si fransız və belçikalı turistlərdir. Misirin Baş Prokurorluğu insidentlə bağlı cinayət işi qaldırıb, polis hadisənin baş verdiyi ərazidə təhqiqat aparır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi həlak olanların ailələrinə və yaxınlarına başsağlığı mesajı yayımlayıb, yaralı turistlərin müalicəsi üçün müvafiq strukturlara tapşırıq verib.
Bu xəbər oxucular tərəfindən 3127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed