Şrift:
Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başlayıb
14.04.2022 [10:00] - Xəbərlər, Sosial
Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimlərə start verilib. MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.

MDU-dan bildirilib ki, təqdimat zamanı kiber təhlükəsizlikdə təməl anlayışlar, kiber müharibə və informasiya təhlükəsizliyinin idarəetmə sistemi barədə ətraflı məlumat verilib.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Proqrama uyğun olaraq, növbəti təlimlər 15 və 24 aprel tarixlərində keçiriləcək.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların və təhsilverənlərin IT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed