Şrift:
İran milli komandasının üzvü Azərbaycana köçüb
25.04.2022 [09:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın fars dilli mediasının verdiyi məlumata görə, bu ölkənin avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri Azərbaycan Respublikasına mühacirət edib.

Əslən Güney Azərbaycanın Zəngan şəhərindən olan idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.

Nəsrinin Azərbaycan Respublikasına köçməsi İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb.

Bundan öncə də çox sayda tanınmış idmançı İran komandalarından ayrılaraq Azərbaycana köçüblər.

Bunun Azərbaycanda idman və idmançılara göstərilən yüksək diqqət və qayğı ilə əlaqəli olduğu qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 1496 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed