Şrift:
Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Şuşa şəhərinə səfər ediblər
27.04.2022 [10:14] - Gündəm, Sosial
Qazaxıstan KİV və ictimaiyyət nümayəndələri Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov öz rəsmi tviter hesabında yazıb.

“Səfər müddətində onlarla görüşərək Şuşa rayonunda gedən bərpa və yenidənqurma işləri barəsində məlumat verdim. Bundan əlavə, qonaqlar Şuşa şəhərində müxtəlif tarixi əhəmiyyətli yerləri ziyarət edərək işğal müddətində və işğaldan azad edildikdən sonra şəhərin ümumi vəziyyəti ilə tanış olublar”, - deyə Aydın Kərimov qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2011 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed