Şrift:
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib
27.04.2022 [10:18] - Gündəm, Siyasət
Azərbaycan Dövlət İnformasiya Agentliyinin Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişinin qonağı olub.

AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizovun aparıcı olduğu bu verilişdə Dünya Azərbaycanlılarının V Qurultayının - Zəfər Qurultayının iştirakçıları bu mötəbər tədbir barədə fikirlərini bölüşüblər.

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov və 24News.ge informasiya agentliyinin rəhbəri Azər Məmmədov qurultayın təşkili, 30 illik fasilədən sonra diaspor təşkilatları və soydaşlarımızın Şuşada ilk görüşünün təşkili, eləcə də bu qurultaydan sonra qarşıda duran vəzifələr barədə aparıcının suallarını cavablandırıblar.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed