Şrift:
Gürcüstan gənclər arasında futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə ciddi hazırlaşır
27.04.2022 [10:37] - Gündəm, İdman
Gürcüstan 2023-cü ildə 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək. Gürcüstan hökuməti artıq bu məsələni müzakirə edib və ölkədə idman infrastrukturunun yaxşılaşdırılması üçün konkret addımlar atmağa başlayıb.

Bu məqsədlə 32 milyon ABŞ dollarından çox vəsait ayrılıb.

Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib ki, turnirin yüksək səviyyədə keçirilməsi üçün Tbilisi, Saquramo, Kutaisi, Tsxaltubo, Kobuleti və Batumidə stadionlar, məşq meydançaları da daxil olmaqla, 12 idman obyektində bu il təmir-tikinti işləri aparılacaq.

Qeyd edək ki, Avropa çempionatı gələn il iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. 16 komandanın iştirak edəcəyi turnirdə, ümumilikdə 8 stadiondan istifadə olunacaq. Açılış matçı Rumıniyada, final görüşü isə Gürcüstanda olacaq.
Bu xəbər oxucular tərəfindən 1718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed