Şrift:
Qazaxıstan erməni jurnalisti arzuolunmaz şəxslər siyahısına salacaq
28.04.2022 [09:46] - Xəbərlər, Siyasət
Tiqran Keosayan Qazaxıstan haqqında təhqir və təhdid dolu çıxışlarına görə ölkəyə girişi qadağan olunacaq.

Bu fikirləri Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Aybek Smadiyarov söyləyib.

“Rusiyalı jurnalist Tiqran Keosayanın təhqiramiz və mahiyyətcə qərəzli çıxışı diqqətimizdədir. Ola bilsin ki, onun bəyanatı Rusiya ictimaiyyətinin və siyasi qurumunun müəyyən hissəsinin fikirlərini əks etdirir, lakin heç bir halda ölkələrimiz arasında əməkdaşlığın və dövlət başçıları səviyyəsində mövcud sazişlərin ruhuna və məzmununa uyğun gəlmir”, - deyə A.Smadiyarov bildirib.

XİN hesab edir ki, bu cür çıxışlar mehriban qonşuluq münasibətləri mühitini zəhərləyir. "İnanıram ki, o, Qazaxıstana girişi arzuolunmaz şəxslər siyahısına salınacaq", - deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, aprelin 24-də T.Keosayanın yutub kanalında qazaxıstanlılar haqqında mənfi fikirlər səsləndirməsi və onları nankor adlandırması böyük narazılıq doğurmuşdu.

Xatırladaq ki, Tiqran Keosayan “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın həyat yoldaşıdır.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed